Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı

Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
HADİSƏ
20:57 31.05.2025
1037
Tərtərdə yol qəzası  baş verib.

Hadisə Şıxarx qəsəbəsinə gedən avtomobil yolunda baş verib. Minik avtomobillərinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1994-cü  il təvəllüdlü Əhmədli Tural Sabir oğlu, 2000-ci il təvəllüdlü xanımı Əhmədli Süsən Qəhrəman qızı və ailənin 2024-cü il təvəllüdlü övladı Əhmədli Ahu Tural qızı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
/Unikal
OXŞAR XƏBƏRLƏR