Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb
SOSİAL
18:46 27.05.2023
117
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR