"Təsir müddəti 10 gündür" deyə astroloq xəbərdarlıq etdi

"Təsir müddəti 10 gündür" deyə astroloq xəbərdarlıq etdi
MARAQLI
11:22 04.07.2024
280
Türkiyənin məşhur astroloqu Dinçer Güner, Siriusun təsiriylə Xərçəng bürcündə yeni ayı diqqətə çəkib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Güner gündəlik ulduz falı şərhlərində 10 günlük təsir müddəti olacaq yeni aya qarşı xəbərdarlıq edib.
 
O, öz paylaşımında bildirib:
 
"İyulun 6-da biz ilin bəlkə də ən mühüm yeni aylarından birini yaşayacağıq. 14 dərəcə Xərçəng bürcündə yeni ayı səmanın ən parlaq ulduzlarından biri olan və istiqamətləndirici keyfiyyəti ilə seçilən Sirius ulduzu müşayiət edəcək.
Onu Saturn da dəstəkləyəcək. Orta təsir müddəti təxminən 10 gündür. İndi gəlin görək bu yeni ayın hansı təsirləri ola bilər.
 
Bu dövrdə emosional yenilənmə, ev və ailə məsələlərində yeni başlanğıclar etmək fürsətimiz ola bilər. Özümüzü və yaxınlarımızı qorumaq instinktimiz artır. Evimizdə dəyişiklik etmək, ailəmizlə daha çox vaxt keçirmək və ya keçmişdən gələn emosional yaraları sağaltmaq istəyə bilərik. Köçmə, yerdəyişmə, ev alqı-satqısı, ev təmiri kimi işlərə diqqət yetirə bilərik.
 
Saturnun dəstəyi ilə həyatımızı qaydasına sala, planlar qura və gələcək hədəflərimizi yenidən nəzərdən keçirə biləcəyik. Bu, sevdiyimiz insanlarla emosional bağlarımızı gücləndirmək istəyəcəyimiz bir proseslə nəticələnəcək.
 
Keçmişlə bağlı məsələlər ön plana çıxa bilər. Köhnə dostlar, köhnə sevgilər və s. Əvvəllər yarımçıq qalmış məsələlər bu dəfə bitirmək və tamamlamaq üçün qarşımızda ola bilər.

Bundan əlavə, bu yeni ay vaxtı duyğuları ifadə etmək, paylaşmaq, danışmaq, duyğuları sağaltmaq və bəlkə də terapiya dəstəyi almaq baxımından çox faydalı ola bilər".
 
Oksana

OXŞAR XƏBƏRLƏR