Məşhur astroloq Dinçer Güner sosial media hesabında gündəlik qoroskop şərhlərini paylaşıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin məşhur astroloqu Dinçer Güner öz sosial media hesabında paylaşıb.
O, öz paylaşımında bildirib:
"Günəşlə Yupiter arasında üçbucaqlı olacaq. Təsir müddəti 3 gündür.
Bu, artan həvəs və nikbinlik deməkdir. Bu bir neçə gündə özünüzü əzizləyin. Bu gündən etibarən çox sevincli, əyləncəli və bol fürsətlər dövrü başlayır. Bu, yeni bir şey öyrənmək deməkdir və bu həftə yeni təhsilə başlamaq üçün də çox uyğundur.
Münasibətə, layihəyə və ya biznesə başlamaq üçün çox məhsuldar vaxtdır. İş, şəxsi və maliyyə baxımından böyük şanslar həyatınıza gələ bilər.
İçinizdə tarazlıq əldə edə və sabit qərarlar verə bilərsiniz. Bu tranzit zamanı sağlamlığınızın qeydinə qalmaq üçün addımlar ata bilərsiniz. Uğura asanılıqla nail ola bilərsiniz.
Karyeranızda irəliləyiş, münasibətlərinizdə təkmilləşmə və şəxsi inkişaf üçün əla vaxt ola bilər. Bu bucaq altında fürsətlər qarşınıza kortəbii gəlir, lakin bu fürsətlərdən yararlanmaq sizin əlinizdədir".
Oksana