Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin "Xəzər hövzəsinin ekoloji problemləri qlobal müstəvidə” layihəsi çərçivəsində ingilis dilində nəşr edilmiş "The Caspian Sea: Historical Preconditions of Contemporary Environmental Issues” kitabının təqdimatı keçirilib.
AZXEBER.COM xəbər verir ki, təqdimatdan sonra İctimai Birliyin sədri əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova Baş Konsulluğumuzu ziyarət edib.
Görüş zamanı Xəzər hövzəsində mövcud ekoloji vəziyyət, regionda həyata keçirilən elmi-tədqiqat təşəbbüsləri, həmçinin Azərbaycan alimlərinin elmi fikirlərinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Baş Konsul Ayxan Süleymanlı Şəlalə Həsənovaya göstərdiyi təşəbbüs və fəaliyyətinə görə təşəkkür edib, ona gələcək layihələrində uğurlar arzulayıb.