Təşkilatçılar təşvişdə! Tarkanın konsertinə biletlər satılmır

Təşkilatçılar təşvişdə! Tarkanın konsertinə biletlər satılmır
ŞOU-BİZNES
18:10 28.12.2011
2586
Jurnalistləri konsertində görmək istəməyən məşhur türk müğənnisi Tarkanın Yeni il gecəsi Bakıda verəcəyi konsertin biletləri deyəsən satılmır. Müğənninin 31 dekabrda Bakı Expo Mərkəzində (Baku Expo Center) 90 dəqiqəlik konsert proqramı ilə çıxış edəcəyi gecənin biletləri hələ də yerli telekanallarda anons edilir. Anonslarda səslənən "Bir bilet alana ikisi hədiyyə" sözləri, meqastarın konsertinin biletlərinin satılmadığına işarədir. Tarkanla bərabər həmin gecə səhnəyə "Slivki" qrupu da çıxacaq. Konsertlə bağlı keçirilən mətbuat konfransında qeyri-adi şoularla zəngin olacaq gecədə lazer şoularla daha bir qeyri-adi şounun, göydən kəndirlə ayaqlarından başıaşağı sallanmış qızların şərab süzəcəyi bildirilmişdi. Gecənin texniki və xidmət avadanlıqlarından tutmuş dekorasiyası, səhnə tərtibatı işlərini Türkiyənin məşhur “Staras” şirkəti öz üzərinə götürüb. Şirkət tərəfindən Bakıya 13 TIR göndəriləcək. Hətta qonaqların əyləşəcəyi kreslolar, çəngəl-bıçaqlar, salfetlər belə Türkiyədən gətiriləcək. Qeyd edək ki, Tarkanın 31 dekabr Yeni il gecəsində Bakıda verəcəyi konsertə biletlərin qiyməti ayaq üstündə 100 manat, yeməklə birlikdə isə 300-500 manat arasında olacaq. Gecədə 8-10 min tamaşaçı üçün yerlər nəzərdə tutulub.Tarkanın Bakıdakı konsertinin təşkilatçı şirkətinin nümayəndəsi Aydan Qarayeva konsert barədə söz-söhbətlərə aydınlıq gətirib. A. Qarayeva bildirib ki, Tarkanın konsertinə 1 bilet alana 2 biletin hədiyyə verilməsi kampaniya xarakteri daşıyıb və 2 gün davam edib. Bu kampaniyanın keçirilməsinin səbəbi isə konsertə biletlərin satılmaması deyil. "Sadəcə olaraq, "Facebook" səhifəmizdə tələbələrin bu konsertə gəlmələri barədə çoxsaylı istəkləri qeyd olunurdu. Biz də belə bir kampaniya keçirtdik ki, tələbələr də konsertə bilet ala bilsinlər", deyə A, Qarayeva qeyd edib.  Onun sözlərinə görə, artıq bu kampaniya dayandırılıb. /// ANSPRESS
OXŞAR XƏBƏRLƏR