“Teşkilat”dan hələlik ayrılır – Özü açıqladı

“Teşkilat”dan hələlik ayrılır – Özü açıqladı
MAQAZİN
14:59 20.04.2021
1366

"TRT 1”də yayımlanan "Teşkilat” serialında Zəhra rolunu canlandıran Deniz Baysal Yurtçu koronavirusa yoluxub.

AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, məşhur aktrisa özünün sosial şəbəkə səhifəsindən səhhəti ilə əlaqədar məlumat verib.

Aktrisa serialdan bir müddətliyinə ayrıldığını və çəkilişlərdə iştirak edə bilməyəcəyini açıqlayıb: "Dostlar, xəbər düzdür. Covid oldum. Evdə 10 günlük karantindəyəm. Yaxşıyam, keyfim yerindədir, sadəcə qoxu hiss etmirəm. Keçəcək, inşallah. Amma doğrudan yaxşıyam, maraqlandığınız üçün çox təşəkkür edirəm”.

O, sağaldıqdan sonra çəkilişlərdə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, "Teşkilat” serialı son dönəmin ən çox izlənilən ekran işlərindən biridir.

Nərmin Məmmədli

 


OXŞAR XƏBƏRLƏR