"Tesla" dəhşətli qəza törətdi: 2 nəfər öldü

"Tesla" dəhşətli qəza törətdi: 2 nəfər öldü
DÜNYA
14:45 15.11.2022
227
Çində "Tesla" şirkətinin "Model Y" tipli avtomobili yol qəzasına səbəb olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 5-də Çinin cənubundakı Quandun əyalətinin Çaozhou şəhərində baş verib.
 
Məşhur texnologiya sahibkarı İlon Maska məxsus elektrikli avtomobil istehsalçısı "Tesla"ya məxsus avtomobilin qəza anları videokamerada da əks olunub.
 
Videogörüntülərdə 55 yaşlı kişi sürücü nəqliyyat vasitəsini park etməyə hazırlaşarkən avtomobil qəfil sürətlənərək iki zolaqlı yola çıxır. Daha sonra nəqliyyat vasitəsi iki zolaqlı yolda hərəkət edir. Bu əsnada sürücü qarşısındakı digər avtomobillərlə toqquşmamağa çalışsa da, sürət həddinə çatdığı düşünülən elektrik avtomobili idarə edə bilməyincə, vasitə irəliləyir. Nəhayət, divara çırpılır.
 
Hadisə nəticəsində iki nəfər ölüb, 3 nəfər yaralanıb. Sürücü də xəstəxanaya aparılıb. Sürücü ilk ifadəsində əyləc pedalının işləmədiyini iddia edərək idarəetməni itirdiyini bildirib. Hadisə ilə bağlı polislə əməkdaşlıq edəcəyini açıqlayan Tesla şirkəti görüntülərə görə əyləc işıqlarının yanmadığını, sürücünün ifadəsinin əksinə olaraq əyləci basmamış ola biləcəyini bildirib.
 
Qeyd edək ki, Çində istehsal edilən "Tesla Model Y" avtomobillərinin daha əvvəl də özbaşına, istəmədən sürətləndiyi və Nançonq şəhərində baş verən digər qəzada 3 nəfərin öldüyü bildirilmişdi.
 
Mikayıl
 
OXŞAR XƏBƏRLƏR