"Tesla" şirkəti İlon Maskı məhkəməyə verdi

"Tesla" şirkəti İlon Maskı məhkəməyə verdi
DÜNYA
10:17 01.03.2023
186
"Tesla" şirkətinin bir qrup səhmdarı İlon Maskı və şirkət rəhbərliyini məhkəməyə verib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məhkəmə iddiasında onlar avtopilotun effektivliyi və elektromobil idarə etməyin nə qədər təhlükəsiz olduğu barədə aldandıqlarını bildiriblər.

Səhmdarlar 2019-cu ilin fevralından 2023-cü ilin fevralına qədər "Tesla"nın qiymətli kağızlarını aldıqlarını və elektrik avtomobillərinin iştirakı ilə baş verən qəza xəbərləri və geri çağırma kampaniyası fonunda pul itirdiklərini qeyd ediblər. Buna görə də onlar Maskdan və firmanın nümayəndələrindən itkilərini - kompensasiya ödəməyi tələb edirlər.

Qeyd olunur ki, şirkət 362 758 avtomobili satışdan çıxarmaq qərarına gəldikdən sonra "Tesla"nın səhmlərinin qiyməti 5,7 faiz ucuzlaşıb. 
OXŞAR XƏBƏRLƏR