"Tesla"nın satışları Avropada kəskin azaldı

"Tesla"nın satışları Avropada kəskin azaldı
DÜNYA
11:48 27.01.2026
259
"Tesla"nın satışları Avropada kəskin azalıb.

AZXEBER.COM xəbər verir ki, 2025-ci ilin dekabrında Avropa Birliyi ölkələrində Tesla avtomobillərinin satışları 31,9% azalaraq 21.485 ədədə düşüb. Satışlarda azalma trendi artıq 12 aydır davam edir.

2024-cü ilin dekabrında 31.567 ədəd olan satışlar 2025-ci ildə eyni ayda 21.485-ə geriləyib, brendin AB-də ümumi payı 3,5%-dən 2,2%-ə düşüb. Yanvar-dekabr dövründə isə "Tesla"nın AB-də satışları illik müqayisədə 37,9% azalaraq 150.504 ədəd olub, bazar payı 2,3%-dən 1,4%-ə enib.

Mütəxəssislər bu azalmaya "Tesla"nın Avropa bazarında populyarlığının zəifləməsi və rəqabətin güclənməsini səbəb göstərirlər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR