Türk Hava Yolları (THY) sabaha planlaşdırılan Afina və Saloniki reyslərinin qarşılıqlı olaraq ləğv edildiyini açıqlayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Hava Yollarının mətbuat müşaviri Yahya Üstün sosial media hesabında uçuşların ləğv edildiyini açıqlayıb.
Reyslərin ləğv olunmasına səbəb isə Yunanıstanda keçirilən ümumi tətil olub.
Ümumilikdə 4 reys ləğv olunub.
Türk Hava Yollarının sabah ləğv etdiyi uçuşlar bunlardır:
"İstanbul - Afina / Afina - İstanbul: TK1841, TK1842, TK1843, TK1844, TK1845, TK1846, TK1849, TK1850
İstanbul - Saloniki / Saloniki - İstanbul: TK1881, TK1882, TK1893, TK1894".
Oksana