Texasda 5 maqnitudalı zəlzələ baş verib

DÜNYA
10:59 15.02.2025
186
ABŞ-nin Texas ştatının qərb hissəsində 5,0 maqnitudalı zəlzələ baş verib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 118 min nəfərin yaşadığı Odessa şəhərindən 168 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

OXŞAR XƏBƏRLƏR