Texnikalar hazır vəziyyətə gətirildi

Texnikalar hazır vəziyyətə gətirildi
SOSİAL
17:44 18.02.2025
533
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

AZXEBER.COM  xəbər verir ki, AAYDA-dan "Qafqazinfo"ya verilən məlumata görə, hazırda qurum gücləndirilmiş iş rejimində çalışır.

"Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.

Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. 

Agentlik tərəfindən yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər. 

Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.

Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin "Çağrı Mərkəzi"nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər", - məlumatda vurğulanıb
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
09:33 09.08.2025
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
09:30 09.08.2025
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
09:28 09.08.2025
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
09:25 09.08.2025
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
09:23 09.08.2025
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
09:21 09.08.2025
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
09:20 09.08.2025
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
09:19 09.08.2025
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
09:16 09.08.2025
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
Türkiyədən Vaşinqton razılaşmasına dəstək: “Tarixi fürsət qaçırılmamalıdır!”
09:12 09.08.2025
Türkiyədən Vaşinqton razılaşmasına dəstək: “Tarixi fürsət qaçırılmamalıdır!”
Mehriban Əliyeva tarixi görüşlə bağlı paylaşım etdi - FOTOLAR
09:10 09.08.2025
Mehriban Əliyeva tarixi görüşlə bağlı paylaşım etdi - FOTOLAR