"Texnologiyanın sürətli inkişafı tibb sahəsində də böyük yeniliklərə yol açıb”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vidadi deyib.
O bildirib ki, texnologiyanın sürətli inkişafı tibb sahəsində də böyük yeniliklərə yol açıb:
"Texnologiya tibb sahəsində o qədər inkişaf edib ki, həkim başqa ölkədə olan xəstəni texnologiya vasitəsilə əməliyyat edə bilir. Bu kimi yeniliklər xüsusilə mürəkkəb cərrahi müdaxilələr zamanı yüksək ixtisaslı mütəxəssislərin coğrafi məhdudiyyətlər olmadan xidmət göstərməsinə şərait yaradır”.
Şahanə











































