'Teymur bizim evə gələndə toy-bayram olur' - Gülyaz Məmmədova

MAQAZİN
10:40 08.05.2013
1798
Əməkdar artist Gülyaz Məmmədova həmkarı Teymur Əmrahın ona elçi düşməsi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. AZXEBER.COM-un məlumatına görə, xanım ifaçı strategiya.az saytına müsahibəsində belə bir təklifin olduğunu inkar etməyib: "Teymur Əmrahla yaşıdıq, bir yerdə oxumuşuq, teatrda da bir yerdə işləmişik. O, bir müddət konservatoriyada işlədiyinə görə, Mahnı teatrından uzaqlaşmışdı. Onun özü verilişlərin birində demişdi ki, Gülyazı sevirəm. Pis fikir deyil ki? Elə bilmişdi ki, mən subayam. Sonra efirdə gülə-gülə dedi ki, gördüm yanında qırmızı baş oğlu var. Onda başa düşdüm ki, subay deyil. Bir neçə gün öncə yenə efirdə dedi ki, Gülyaz kimi bir xanımla evlənərəm".

OXŞAR XƏBƏRLƏR