Teymur Rəcəbov erməni şahmatçıya uduzdu

Teymur Rəcəbov erməni şahmatçıya uduzdu
22:57 22.03.2013
1563

Azərbaycanlı qrossmeyster 510 min avrodan da uzaqlaşıb.

Londonda qrossmeysterlərin 6-cı turu keçirilib. Dünya şahmat tacına iddialıların mübarizəsi azərbaycanlı qrossmeyster Teymur Rəcəbov və onun erməni həmkarı Levon Aronyan arasında baş tutub. Ağ fiqurlarla oynayan Teymur Rəcəbov erməni şahmatçısı Levon Aronyana 0:1 hesabı ilə uduzub. Qeyd edək ki, turnir "Лондона Savoy Place" tarixi məkanında keçirilir. Müsabiqənin mükafatı 510 min avro təşkil edir. Turnirdə Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan), Teymur Rəcəbov (Azərbaycan), Aleksandr Qrişuk (Rusiya), Vasili İvançuk (Ukrayna), Petr Svidler (Rusiya) və Boris Gelfand (İsrail) iştirak edir.(anspress)

OXŞAR XƏBƏRLƏR