Teymur Rəcəbov evlənir

İDMAN
09:43 08.10.2011
1491

AZXEBER.COM portalının Fanat.az -a istinadən xəbər verir ki, toy mərasiminin “Buta Palace”də baş tutacaq. Yayılan məlumatlara görə isə 24 yaşlı şahmatçımız Dövlət Neft Şirkətinin və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun qızı ilə ailə həyatı qurur. Qeyd edək ki, Teymur Rəcəbov 14 yaşında qrossmeyter adını qazanaraq dünyanın ən gənc qrossmeyteri rekorduna sahibdir. T.Rəcəbov 2003-cü ildə Linares turnirində qara fiqurlarla Qarri Kasparovu məğlub edərək dünyada planetin 1 nömrəli şahmatçısını məğlub edən ən gənc şahmatçısı adını qazanıb.

OXŞAR XƏBƏRLƏR