Təyyarə gecikdi - Pilot sərnişinin hücumuna məruz qaldı

SOSİAL
13:07 15.01.2024
173
Hindistanın Dehlidən Qoa şəhərinə uçan təyyarənin pilotu 13 saat gecikdiyini bildirərkən sərnişinin hücumuna məruz qalıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, internetdə yayılan görüntülərdə elanı eşidən sərnişinin pilota tərəf hərəkət edərək onun sifətinə yumruq vurması anı əks olunub.

Təyyarənin 13 saat gecikəcəyi xəbərini eşidən pilot radionu əlində tutarkən xəbəri eşidəndə əsəbiləşən sərnişin tərəfindən yumruqlanıb.

Hadisənin görüntülərində gecikmə anonsunu eşidəndən sonra əsəbiləşən sərnişinin pilota tərəf hərəkət edərək, onun üzünə yumruqla vurduğu görünür.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR