Təyyarə havaya qalxan kimi ildırım vurdu

Təyyarə havaya qalxan kimi ildırım vurdu
DÜNYA
23:55 20.03.2025
466
Yaponiyada Japan Air Commuter (JAC) təyyarəsini havaya qalxdıqdan dərhal sonra ildırım vurub.
 
AZXEBER.COM BAKU.WS-e istinadən xəbər verir ki, bu barədə "Aviation Herald" məlumat yayıb.

Bildirilib ki, göyərtəsində 14 nəfərin olduğu ATR-42-600 təyyarəsi Amakusadan Kumamotoya planlı uçuş həyata keçirirmiş. Hündürlük əldə edərkən təyyarəni ildırım vurub və pilotlar uçuş hava limanına qayıtmağa qərar verib. Eniş uğurlu alınıb. Uçuşdan sonrakı yoxlama zamanı gövdədə ildırım vurmasının izləri aşkar edilib.
OXŞAR XƏBƏRLƏR