Təyyarə qəzası nəticəsində ata və qızı öldü

Təyyarə qəzası nəticəsində ata və qızı öldü
DÜNYA
13:34 03.09.2025
220
İtaliyada təyyarə qalxdıqdan qısa müddət sonra bir düyü sahəsinə düşüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alovlanan təyyarədə olan 49 yaşlı pilot Massimiliano Monticone və 18 yaşlı qızı Simona Monticone hadisə yerində həyatını itirib.

Vercelli Prokurorluğu qəza ilə bağlı araşdırma aparır. Qəzanın səbəbinin texniki nasazlıq yoxsa insan faktoru olub-olmadığı araşdırılır.

Massimiliano Monticone həm hərbi pilot, həm də Milan Linate Hava Limanında radar nəzarətçisi olub. O, həmçinin uçuş təhlükəsizliyi və fövqəladə hallar üzrə təlimlər verib.
 
Qızı Simona isə liseydə təhsil alırdı və Virtus Alessandria Voleybol Klubunda oynayırdı. Klub gənc oyunçunun hər zaman gülərüz və yardımsevər olduğunu qeyd edərək dərin kədərini ifadə edib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR