Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya göndərilib

Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya göndərilib
SOSİAL
23:30 28.12.2024
329
"Bu gün yerli vaxtla saat 23:30-da (22:30 Bakı) AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib".

Bu barədə "Report"un Qazaxıstan bürosuna Manqistau vilayətinin mətbuat katibi Gülmira Abışeva məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün ərzində meyitlərin DNT testləri və qohumların ifadələri əsasında tanınması üçün gərgin iş aparılıb: "Manqistau vilayətinin akimi həlak olanların yaxınlarına başsağlığı verir. Yerli icra hakimiyyəti orqanları bundan sonra da təyyarə qəzasında xəsarət alanların və həlak olanların ailələrinə və yaxınlarına hərtərəfli yardım göstərəcəklər".

Qeyd olunub ki, bundan əvvəl xəsarət almış 14 Azərbaycan vətəndaşı tibbi yardım göstərildikdən sonra Vətənə gəlib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
11:56 02.11.2026
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
11:45 02.11.2026
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
11:39 02.11.2026
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
11:21 02.11.2026
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
11:14 02.11.2026
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib