Təyyarə qəzasında həlak olun pilotun həyat yoldaşı da 16 il əvvəl eyni hadisə ilə ölübmüş - FOTO

Təyyarə qəzasında həlak olun pilotun həyat yoldaşı da 16 il əvvəl eyni hadisə ilə ölübmüş - FOTO
DÜNYA
00:27 17.01.2023
861
Nepalda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan ikinci pilotu Anju Xativadanın həyat yoldaşının da 16 il əvvəl təyyarə qəzasında dünyasını dəyişdiyi məlum olub.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, onun həyat yoldaşı Dipak Pokhrel 2006-cı ildə baş verən qəzada dünyasını dəyişib

Ərinin yolu ilə Yeti Hava Yollarına qoşulan Xativadanın həyat yoldaşı Dipak Pokhrelin idarə etdiyi kiçik təyyarə uçuşa az qalmış qəzaya uğrayıb.  

Bu barədə Yeti Hava Yollarının sözçüsü Sudarşan Bartaula məlumat verib.

Bartaula bildirib ki, qadının meyiti hələ ki, tapılmayıb.

Aydın

 


OXŞAR XƏBƏRLƏR