Yüzlərlə sərnişini daşıyan təyyarə rabitə kəsildikdən sonra alovla hava limanına enib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, keçən il Dominikan Respublikasında "uyğun qiymətə bilet satışı" şüarı ilə qurulan hava yolu şirkəti Red Air-ə məxsus təyyarədə kabus anlar yaşanıb.
Bölgədə böyük narahatlıq yaradan hadisədən bir neçə dəqiqə sonra Dominikan Respublikasından gələn yüzdən çox sərnişini daşıyan təyyarə alovlar içində Mayami hava limanında gövdəyə enib. Təyyarədən endirilən çoxlu yaralının xəstəxanaya aparıldığı açıqlanıb.
126 sərnişin və 11 ekipaj üzvü olan təyyarə endikdən sonra uçuş-enmə zolağında bir müddət sürüşdükdən sonra qülləyə çırpılaraq dayanıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Ayşən