"Təyyarə söz vermişdilər, onu da vermədilər" - Zelenski narazılığını bildirdi

"Təyyarə söz vermişdilər, onu da vermədilər" - Zelenski narazılığını bildirdi
DÜNYA
15:04 16.03.2022
499
Zelenski söz verilən təyyarələrin hələ ölkəyə gəlmədiyini deyib.

AZXEBER.COM xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə ilə bağlı son məlumatları söyləyib.

O bildirib ki, ölkəsinə hücum edən Rusiya Federasiyası üçün bu müharibə ağır nəticələrlə başa çatacaq.

Müharibənin sona çatması, atəşkəsin təmin edilməsi və Rusiya hücumlarının dayandırılması üçün danışıqların davam etdiyinə diqqət çəkən Zelenski hər kəsi dialoqun nəticələrini səbrlə gözləməyə dəvət edib.

Çıxışında rus xalqına müraciət edən Zelenski rus iş adamlarını və vətəndaşlarını müharibəyə qarşı çıxmağa çağırıb.

Zelenski açıqlamasında Ukraynaya döyüş təyyarələri təslim edəcəyini söz verən ölkələrin bununla bağlı heç bir addım atmadığını da söyləyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR