Təyyarədə bomba həyəcanı – Sərnişinlər panikaya düşdü

Təyyarədə bomba həyəcanı – Sərnişinlər panikaya düşdü
DÜNYA
14:03 29.09.2022
335
ABŞ-ın San-Fransisko şəhərindən Sinqapurun Çanqi şəhərinə uçan sərnişin təyyarəsində sərnişinlərdən birinin əl yükündə bomba olduğunu iddia etməsi böyük panikaya səbəb olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransisko şəhərindən Sinqapurun Çanqi hava limanına getmək üçün havaya qalxan təyyarədə 37 yaşlı sərnişin əl çantasında bomba olduğunu iddia edib.

Sinqapur Müdafiə Nazirliyi bomba iddiasının əsassız olduğunu və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Nazirlikdən həmçinin bildirilib ki, şübhəli şəxs terrorçuluqda və narkotik vasitələrdən istifadədə şübhəli bilinərək saxlanılıb.
 
Aydın

OXŞAR XƏBƏRLƏR