Təyyarədə bomba həyəcanı

DÜNYA
10:30 19.12.2012
1260
Parisdən İstanbula uçmalı olan və Türkiyənin "Pegasus" hava yollarına məxsus təyyarə havaya qalxdıqdan bir qədər sonra təyyarədə bomba olması barədə xəbər yayılıb və təyyarə Parisin Orli hava limanında təcili olaraq yerə endirilib. Təyyarənin göyərtəsindəki 146 sərnişin və heyət üzvləri evakuasiya edilib və minaaxtaranlar axtarışa başlayıblar. "Pegasus" hava yollarının açıqlamasına görə, təyyarədə heç bir partlayıcı qurğuya rast gəlinmədiyi bildirilib. Nəticədə, Paris-İstanbul reysi 3 saat 52 dəqiqə gecikmə ilə gerçəkləşib. Hazırda Fransa polisi bomba barədə telefonla yanlış məlumat verən şəxsi axtarır.

OXŞAR XƏBƏRLƏR