"Tez-tez haldan düşür" - Oğlu Yalçın Rzazadənin səhhətindən danışdı

TOP4
14:00 09.08.2019
3673
"Atamın səhhətində irəliləyişlər hiss olunur, əvvəlkinə nisbətən yaxşılaşıb”.

Bunu "Report”a açıqlamasında Türkiyədə xəstəxanada müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib.

Onun sözlərinə görə, Y.Rzazadə artıq yeriyə və gəzə bilir:

"Atam yeriyir, gəzir. Amma, təbii ki, tez-tez haldan düşür. Bu da onun keçirdiyi ağır əməliyyatla və yaşadığı ağır xəstəlik dövrü ilə əlaqədardır. Amma yeməyində və içməyində müəyyən problemlər olsa da, ümumilikdə, qidalanması normaldır. Atam yemək mövzusunda fərqli düşüncəli adamdır. Azərbaycan mətbəxinə öyrəncəlidir. Hələ ki, xəstəxanadan nə zaman evə buraxılacağı barədə həkimlər heç bir söz demirlər. Bu da onun yaşadığı ağır xəstəliklə bağlıdır. Gərək tam sağalsın ki, evə buraxılsın. Salamatlıq olsun, atam xəstəxanadan evə buraxılandan sonra Bakıya çatan kimi, elə hava limanında kiçik mətbuat konfransı keçirməyi düşünürük”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, bir neçə gün bundan əvvəl müalicə aldığı xəstəxanada əməliyyat olunub.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:26 30.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

11:25 30.10.2020

Təhsil naziri: "İstifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək"

11:16 30.10.2020

Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQLAMA

11:15 30.10.2020

Nazir: "Ermənistanın təcüvüzu nəticəsində 9 şagird həlak olub"

11:12 30.10.2020

Düşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - RƏSMİ

11:11 30.10.2020

Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”

10:59 30.10.2020

Hücum etmək istəyən düşmənin qarşısı alındı: İtki verən işğalçılar geri çəkildi - RƏSMİ

10:57 30.10.2020

Ermənistanda koronavirusa yoluxanların sayı Çini ötdü

10:50 30.10.2020

Ermənistan ordusunun polkovniki məhv edildi

10:26 30.10.2020

Bərdədəki terrorla bağlı dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciət edildi

10:24 30.10.2020

Bərdə faciəsi: Bir bacının ürək dağlayan göz yaşları - VİDEO

10:07 30.10.2020

Bərdəni atəşə tutan "Smerç" belə məhv edildi - VİDEO

09:56 30.10.2020

"Human Rights Watch" Bərdəyə kasetli döyüş sursatları atıldığını təsdiqlədi

09:37 30.10.2020

Bərdədə ermənilərin törətdiyi terrorda 5 ildən sonra ana olan qadın həlak olub - VİDEO

09:35 30.10.2020

Ermənilərdən daha bir xain hücum: Mülki əhali yenidən hədəf alındı - VİDEO

09:33 30.10.2020

Ceyhun Bayramov Cenevrədədir