56 yaşlı türkiyəli müğənni Rafet El Roman yalnızlıqdan şikayətlənib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi gənc qızların onu bəyənmədiyini etiraf edib.
"Gənc qızlar artıq məni bəyənmirlər, üzümə də baxmırlar. Deyəsən həqiqətən də qocalıram. İndi daimi münasibətim yoxdur. Qadından qadına qaçmaq çox yorucudur, amma yaxşı həyat yoldaşınız varsa, çox gözəl vaxt keçirəcək və həyatdan zövq alacaqsınız. Bilmirəm başqa qadından övladım var ya yox. Amma belə bir şeyə rast gəlsəm, mütləq ona sahib çıxaram" deyə müğənni bildirib.
Aysel