“Tezliklə müharibə başlayacaq...”- Erməni general

“Tezliklə müharibə başlayacaq...”- Erməni general
SİYASƏT
13:42 09.07.2016
2983
Qarabağda daha bir keçmiş səhra komandiri Ermənistan hakimiyyətini işğal edilmiş ərazilərin qaytarılması cəhdinin hərbi qiyama səbəb olacağı ilə hədələyib.
Bədnam “Krunk” təşkilatının üzvü olmuş general, Qarabağdakı işğalçı erməni qüvvələrinin ilk komandanı Arkadi Karapetyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində ərazilərin qaytarılmasına dair danışıqların “ciddi müqavimətlə qarşılaşacağını” bildirib.
Arkadi Karapetyan İrəvanda Zootexnik-Veterinar İnstitutunu bitirib, 90-cı illərin əvvəllərində “Krunk” separatçı birliyinin və “Daşnaksütun”un üzvü olub. Heç bir hərbi təhsili olmasa da general rütbəsi daşıyır. 1993-cü ildə Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsində işləyib, kəşfiyyat polkunun komandiri olub.
“Siz hesab edirsiniz ki, yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatların, yaxud müharibənin başlanması ehtimalı yüksəkdir?” sualına Karapetyan belə cavab verib:
- Bəli. Əgər kiməsə elə gəlirsə ki, müharibə qurtarıb, o, adekvat adam deyil.
- Bəs Ermənistan bu hərbi əməliyyatlara davam gətirə biləcəkmi?
Karapetyan cavab verib ki, bu sualı Ermənistan müdafiə naziri Seyran Ohanyana və baş qərargah rəisi Yuri Xaçaturova vermək lazımdır. “Əgər qalib gələsələr şöhrət qazanacaqlar, məğlub olsalar cavab verəcəklər”-o deyib.
Baytar-general deyib ki, hakimiyyət ərazilərin qaytarılmasına cəhd etsə Qarabağda əksəriyyət buna qarşı çıxacaq. “Kim ərazilərin qaytarılmasının mümkünlüyü haqda danışırsa bu, onun öz problemidir. Mən bu barədə heç düşünmək belə istəmirəm və imkan verən deyiləm ki, kimsə güzəştə getsin”-Karapetyan deyib.
Bəs hakimiyyət qərar versə ki, kompromislərə gedilsin və ərazilər qaytarılsın, Karapetyan buna necə müqavimət göstərəcək?
Baytar-general bu suala cavab olaraq deyib ki, ərazilərin qaytarılmasına cəhd edən hakimiyyət devriləcək. “Bu halda hakimiyyətdə mən və yoldaşlarım olacaqlar, başqa kimsə yox...”-o deyib.
Qeyd edək ki, bundan əvvəl digər keçmiş səhra komandirləri də ərazilərin qaytarılması cəhdinin Ermənistanda hərbi qiyama və hakimiyyətin devrilməsinə səbəb olacağı haqda bəyanatlar veriblər. Ermənistanda az qala hər gün bir qrup keçmiş yaraqlı toplaşıb mətbuat vasitəsilə hakimiyyəti hədələyir, aprel döyüşlərində itirilmiş əraziləri geri almaq üçün döyüşə başlayacaqları haqda danışır. Ermənistan hakimiyyəti radikal səhra komandirlərinin bir neçəsini, o cümlədən “Şuşa batalyonu”nun komandiri Jirayr Səfilyanı hərbi çevrilişə cəhd ittihamı ilə həbs edib.
///Virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
15:40 28.07.2025
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
Sabah yağış yağacaq, şimşək çaxacaq
15:31 28.07.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
15:29 28.07.2025
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
15:18 28.07.2025
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
15:14 28.07.2025
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
Elçin "SYD"ni təqdim etdi - VİDEO
15:05 28.07.2025
Elçin "SYD"ni təqdim etdi - VİDEO
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
15:03 28.07.2025
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
Sosial ödəniş alanlara şad xəbər
14:52 28.07.2025
Sosial ödəniş alanlara şad xəbər
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
14:48 28.07.2025
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
14:48 28.07.2025
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
14:47 28.07.2025
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
14:22 28.07.2025
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
14:05 28.07.2025
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
14:00 28.07.2025
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
13:56 28.07.2025
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
13:53 28.07.2025
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək