Tibb bacısı 7 körpəni öldürdü

Tibb bacısı 7 körpəni öldürdü
DÜNYA
18:08 22.08.2023
208
İngiltərədə 7 körpəni öldürən tibb bacısı ömürlük həbs cəzasına məhkum edilib. 

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, 2015-2016-cı illər arasında İngiltərədəki Çester Xəstəxanasında 7 uşaq ölümü ilə bağlı məhkəmə iclası keçirilib.

Hökmü açıqlayan hakim Ceyms Qoss məhkəmədəki çıxışında Letbi adlı qadının 2015-ci ilin iyunundan 2016-cı ilin iyununa qədər 7 körpəni öldürdüyünü, 6 körpəni öldürməyə cəhd etdiyini deyib. 

Tibb bacısı özünü müdafiə edərkən bildirib ki, ölən körpələr vaxtından əvvəl doğulan, bəziləri  isə ölüm riski yüksək körpələr olub. Ancaq məhkəmə-tibbi ekspertizası onun bu fikirlərinin yanlış məlumat olduğunu açıqlayıb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR