Tibb bacısı istəmədən intihar etdi: "O biri dünyada görüşərik"

Tibb bacısı istəmədən intihar etdi: "O biri dünyada görüşərik"
DÜNYA
14:26 14.12.2017
8512
Sevgilisinin intihar edəcəyindən qorxan qız özünü asıb.

23 yaşlı Corinne Hayes adlı qız sevgilisi Brian Marshall-ın canına qəsd edəcəyinə görə narahat olub və onu fikrindən daşındırmaq üçün özünü öldürəcəyi qeydi ilə mesaj yazıb. Lakin oğlan mesajı vaxtından gec görüb və oxuyanda qız artıq ölüb.

Tibb bacısı işləyən qız sevgilisinin onu tapacağını düşünüb və özünü asıb. Məhkəmədən bildirilib ki, onun özünü öldürmək fikri olmayıb, o, sadəcə, sevgilisinin intiharının qarşısını almaq istəyib. Lakin mesajın gec çatması hər şeyi dəyişib.

O, sevgilisinə yazıb: "Əgər sən intihar etsən, mən də edəcəm. O biri dünyada görüşərik"

Qeyd edək ki, o, özünü öldürməzdən bir gün əvvəl növbəti gün üçün konsertə getməyi planlaşdırırdı.
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR