Tibb müəssisələrinin axtarışı bölməsinə özəl tibb müəssisələri də əlavə edilib

Tibb müəssisələrinin axtarışı bölməsinə özəl tibb müəssisələri də əlavə edilib
SOSİAL
10:46 12.09.2025
528
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində "Tibb müəssisələrinin axtarışı" bölməsi yenilənib. İcbari tibbi sığorta hesabına göndəriş əsasında Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib. Bu dəyişikliklə vətəndaşlar lazımi tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göndəriş əsasında hansı özəl tibb müəssisəsində göstərildiyini sayt üzərindən asanlıqla müəyyən edə bilərlər.
Bu məqsədlə "Tibb müəssisələrinin axtarışı" bölməsi vətəndaşlara sərbəst şəkildə seçim etməkdə kömək edir.
Sistemdən istifadə etmək üçün aşağıdakı mərhələlərdən keçmək lazımdır:
1.its.gov.az saytına daxil olun;
2.Ana səhifədə yerləşən "Tibb müəssisələrinin axtarışı" bölməsini seçin;
3.Filter vasitəsilə lazım olan tibbi xidməti "Xidmətlər” hissəsindən seçin;
4.Axtarış nəticəsində həmin xidmətin göstərildiyi dövlət və ya özəl tibb müəssisələrinin siyahısı ilə tanış olun.
Bu yanaşma vətəndaşların vaxtına qənaət etmək və tibbi xidmətlə bağlı müraciətləri daha məqsədyönlü planlamaq imkanı yaradır.
Hazırda Agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutu və mərkəzlərində istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.
Xatırladaq ki, "Tibb müəssisələrinin axtarışı" bölməsində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institut və mərkəzlərində göstərilən tibbi xidmətlərin siyahısı da yer alır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video
05:48 27.10.2026
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib
05:38 27.10.2026
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib
Mişel Barnye: Ölkəmiz böhranın astanasındadır
05:28 27.10.2026
Mişel Barnye: Ölkəmiz böhranın astanasındadır
FSB Cənubi Qafqaz ölkələrindən birində olduğunu bildirdiyi şəxsə cinayət işi açdı
05:16 27.10.2026
FSB Cənubi Qafqaz ölkələrindən birində olduğunu bildirdiyi şəxsə cinayət işi açdı
İranla sərhədin açılmasını tələb edən İraq rəsmisi həbs edildi
05:06 27.10.2026
İranla sərhədin açılmasını tələb edən İraq rəsmisi həbs edildi
Türkiyədə "Altınbaş Holdinq"in sahibi həbs olundu
04:56 27.10.2026
Türkiyədə "Altınbaş Holdinq"in sahibi həbs olundu
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
04:43 27.10.2026
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Rusiya Kiyevə raket zərbəsi endirib, ölən və yaralananlar var
04:33 27.10.2026
Rusiya Kiyevə raket zərbəsi endirib, ölən və yaralananlar var
Bu tarixlərdə maqnit qasırğaları olacaq
04:23 27.10.2026
Bu tarixlərdə maqnit qasırğaları olacaq
İspaniya millisinin qapıçısı ilin ən yaxşısı adına layiq görüldü
04:14 27.10.2026
İspaniya millisinin qapıçısı ilin ən yaxşısı adına layiq görüldü
Əraqçi Avropadakı etirazları enerji böhranı ilə əlaqələndirib
04:03 27.10.2026
Əraqçi Avropadakı etirazları enerji böhranı ilə əlaqələndirib
Rusiya BMT-nin bu nəticələrini qəbul etmədi
03:50 27.10.2026
Rusiya BMT-nin bu nəticələrini qəbul etmədi
Zelenskinin istefası sülh üçün əsas şərt kimi irəli sürüldü
03:40 27.10.2026
Zelenskinin istefası sülh üçün əsas şərt kimi irəli sürüldü
Avropa Parlamenti: Serbiyadakı dəyişiklik Gürcüstanda da baş verəcək
03:30 27.10.2026
Avropa Parlamenti: Serbiyadakı dəyişiklik Gürcüstanda da baş verəcək
Terror aktı törətməkdə təqsirləndirilən şəxs şizofreniyadan müalicə alırmış
03:20 27.10.2026
Terror aktı törətməkdə təqsirləndirilən şəxs şizofreniyadan müalicə alırmış
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
03:10 27.10.2026
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?