Ticarət mərkəzindəki yanğına görə Qara Qarayev prospektində tıxac yarandı

Ticarət mərkəzindəki yanğına görə Qara Qarayev prospektində tıxac yarandı
SOSİAL
10:23 26.03.2019
4393
Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq hazırda yolda hərəkət məhdudlaşdırılıb: "Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqada və helikopter cəlb olunub.
OXŞAR XƏBƏRLƏR