Tovuz şəhərindəki ticarət mərkəzində ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
AZXEBER.COM report-a istinadla xəbər verir ki, həmin ərazidə yanmış meyiti aşkarlanan 62 yaşlı Ələkbər Ələkbərov tüfeyli həyat tərzi yaşayıb.
O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü olduğu bildirilən şəxs elə qaladığı ocağ səbəbindən yaranmış yanğında dünyasını dəyişib.