Gürcüstanın paytaxtı Tiflisdə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbuluna etiraz edən aksiyaçılar yürüş keçirirlər.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, yürüş iştirakçıları "Çıx çölə, çıx!" şüarları səsləndirirlər.
Nümayişçilərin bir qrupu Qəhrəmanlar meydanını bağlayıb, bəziləri isə parlament binası yaxınlığında toplaşıblar.