Tiflisdə güclü yanğın baş verib, ölənlər var

DÜNYA
00:15 09.04.2012
2149
APA-nın məlumatına görə, yanğın nəticəsində 25 ailə zərər çəkib. 
Yanğın 1500 kvadratmetr sahəni əhatə edib. Hadisə nəticəsində 50 yaşlarında 2 nəfər həlak olub. 11 yaşlı qız isə şok vəziyyətində Tiflisdəki İaşvili adına xəstəxanaya yerləşdirilib.
Yanğın nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib. Hadisə yerində zərər çəkən yaşayış binalarından əlavə Rustaveli, 23 ünvanında yerləşən “Lampari” adlı tədris mərkəzinə də ziyan dəyib. Bu küçədə yerləşən Teatr Universitetinin arxivinin dam örtüyü də yanğından zərər çəkib. Hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR