“TikTok” bu ölkədə alış-veriş funksiyasını dayandırdı

MARAQLI
18:17 04.10.2023
316
İndoneziya hökuməti sosial media platformalarında alqı-satqı qadağan etdikdən sonra "TikTok” tətbiqdə onlayn alış-veriş funksiyasını dayandırıb.

AZXEBER.COM xəbər verir ki, İndoneziyanın ticarət naziri Zülkifli Həsənin sosial media platformalarında alış-veriş funksiyasının qadağan olunduğunu elan etməsindən sonra "TikTok” ölkə daxilində tətbiqdəki mağaza funksiyasını dayandırıb.

"TikTok” İndoneziya tərəfindən edilən şərhdə, şirkətin prioritetinin yerli qanun və qaydalara riayət etmək olduğu və tətbiqdə onlayn alış və satışların dayandırıldığı ifadə edilib.

Qeyd edək ki, "TikTok” onlayn alış-veriş funksiyasının pilot tətbiqini 2021-ci ildə İndoneziyada tətbiq edib və ölkə iki il ərzində dünyanın ən böyük "TikTok Shop” bazarlarından birinə çevrilib.

Gülay

OXŞAR XƏBƏRLƏR