"TikTok" bütün ABŞ-də qadağan oluna bilər

SOSİAL
15:28 09.12.2024
135
TikTok platforması haqqında gedən müzakirələr Amerikanın gündəmini zəbt etməkdə davam edir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, son nəticələr göstərir ki, "TikTok" bu dəfə yalnız amerikalı məmurlar və məhdud sayda istifadəçilər üçün deyil, hamı üçün qadağan edilə bilər.
 
ABŞ-də federal apellyasiya məhkəməsi "TikToku" gələn ilin əvvəlinə kimi ABŞ aktivlərindən çıxarmağı tələb edən qanunu təsdiqləyib. 

Ədliyyə naziri Merrik Qarland qərarı "TikTok-un Çin hökuməti tərəfindən silah kimi istifadəsinin qarşısını almaq üçün atılan mühüm addım” adlandırıb.
 
Xatırladaq ki, TikTok-un ABŞ-da təxminən 170 milyon istifadəçisi var və bu tətbiqin mümkün qadağası sosial media tarixində misli görünməmiş addım hesab olunur. Qərarın yekun nəticəsi prezident Co Baydenin və vəzifəyə başlayacaq yeni administrasiyanın münasibətindən asılıdır. Prezidentliyə keçid prosesi zamanı qəbul ediləcək qərarların "TikTok"un gələcəyində həlledici rol oynayacağı gözlənilir.

Aysel

OXŞAR XƏBƏRLƏR