TikTok cərimələndi

MARAQLI
16:40 18.09.2023
314
TikTok 370 milyon dollar cərimələnib. 
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İrlandiyada TikTok külli miqdarda cərimələnib.
 
İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının (DPC) verdiyi açıqlamada video paylaşma platforması tərəfindən uşaqların şəxsi məlumatlarından istifadə ilə bağlı Avropa Birliyi (AB) qanunlarının pozulduğu və buna görə də 370 milyon dollar cərimə kəsilməsinə qərar verildiyi bildirilib. 

Açıqlamada qeyd edilib ki, Tiktok tərəfindən sözügedən şəxsi məlumatların qorunması ilə bağlı pozuntular 31 iyul - 31 dekabr 2020-ci il tarixləri arasında baş verib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR