TikTok-da baxış yığmaq xəstəliyi həbslə yekunlaşır - Psixoloqdan açıqlama

TikTok-da baxış yığmaq xəstəliyi həbslə yekunlaşır - Psixoloqdan açıqlama
SOSİAL
17:37 30.07.2026
85
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə zidd qeyri-etik davranışlar və yayımlar edən Məmmədzadə Müjgan Əziz qızı həbs edilib.

Xatırladaq ki, son illər sosial şəbəkələrdə izləyici və baxış sayı uğrunda rəqabət daha da güclənib.

Xüsusilə TikTok platformasında bəzi istifadəçilər diqqət çəkmək və qısa zamanda məşhurlaşmaq məqsədilə təhlükəli və riskli davranışlar nümayiş etdirirlər.

Bəzən bu paylaşımlar həm həmin şəxslərin, həm də ətrafdakı insanların təhlükəsizliyini risk altına salır.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan psixoloq Aynur İsgəndərova bildirib ki, bu cür davranışların arxasında bir sıra psixoloji və sosial amillər dayanır:

"Sosial şəbəkələrdə, xüsusilə TikTok kimi qısa video platformalarında izləyici və görünürlük qazanmaq məqsədilə riskli davranışların nümayiş etdirilməsi müasir rəqəmsal mühitin yaratdığı psixososial fenomenlərdən biridir. Bu davranışları yalnız fərdi xüsusiyyətlərlə və ya psixopatologiya ilə əlaqələndirmək elmi baxımdan düzgün yanaşma deyil. Məsələni bioloji, psixoloji və sosial amillərin qarşılıqlı təsiri çərçivəsində qiymətləndirmək daha məqsədəuyğundur".


A. İsgəndərova qeyd edib ki, sosial şəbəkələrin iş prinsipi də bu cür davranışların yayılmasına müəyyən təsir göstərir:

"Araşdırmalar göstərir ki, yüksək emosional reaksiya doğuran, qeyri-adi və sensasion məzmunun daha geniş auditoriyaya çatmaq ehtimalı yüksəkdir. Bu isə bəzi istifadəçilərdə riskli davranışların daha çox görünürlük qazandıracağına dair gözləntiləri gücləndirə bilər. Xüsusilə yeniyetmələrdə bu risk daha yüksək qiymətləndirilir. İnkişaf psixologiyası sahəsində aparılmış tədqiqatlar göstərir ki, yeniyetməlik dövründə impulsların tənzimlənməsində iştirak edən prefrontal beyin strukturlarının inkişafı davam etdiyi halda, mükafat sisteminin aktivliyi daha yüksək olur. Bu inkişaf xüsusiyyətləri riskin nəticələrinin tam qiymətləndirilməsini çətinləşdirə və impulsiv qərarların qəbul edilmə ehtimalını artıra bilər".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR