TikTok yeni sosial media tətbiqi olan "Whee”ni təqdim edib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, proqram istifadəçilərə yalnız fotoşəkilləri paylaşmağa imkan verir. Ötən aylarda 30 dəqiqəlik videolarla yutubda yer almağa hazırlaşan TikTok instaqrama rəqib olacaq tətbiqi hazırlayıb.
"Whee” adlı foto tətbiqi hazırda "Google Play Store”da test mərhələsindədir.