16 yaşlı gənc "TikTok”da yayımlanan trend səbəbindən ağır yaralanıb. Xəstəxanaya aparılan gəncin bədəninin 75%-nin yanıq xəsarətləri aldığı bildirilib.
AZXEBER.COM xəbər verir ki, dünyanın ən populyar tətbiqlərindən biri olan "TikTok” son zamanlar gənclərin də iştirak etdiyi son dərəcə təhlükəli videolarla gündəmə gəlib.
Şimali Karolina ştatında bir yeniyetmə "TikTok”da yarışmada iştirak etdikdən sonra bədəninin 75%-i yanıb.
16 yaşlı Meyson Dark alışqan və boya aerozolundan ibarət "TikTok” trendinə qoşulub.
Onun anası Holli Dark oğlunun indi tanınmaz halda olduğunu deyir. Həkimlər onun bədəninin böyük əksəriyyətinin 3-cü dərəcəli yanıqlarla örtüldüyünü bildiriblər.
Ayşən