Pakistanda bir qadın parkda "TikTok" videosu çəkərkən yüzlərlə kişi tərəfindən cinsi təcavüzə məruz qalıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pakistanda bir qadın parkda "TikTok" videosu çəkərkən yüzlərlə kişi tərəfindən cinsi təcavüzə məruz qalıb. Hadisədən sonra polis şübhəlilərin axtarışına başlayıb. İndiyə qədər 66 nəfər dindirilmək üçün saxlanılıb.
Zərəçəkmiş qadın hadisə ilə bağlı bir qəzetə açıqlama verib. Sözügedən təcavüzdən sonra ölkə daxilində bir çox etiraz aksiyası keçirilib, qadın hüquqları təşkilatları isə cinayətkarların tutularaq ən yüksək cəzaya məhkum edilməsini tələb ediblər.
Qeyd edək ki, Pakistan Thomson Reuters Vəqfinin 2019-cu ildə keçirdiyi sorğuda qadınlar üçün dünyanın ən təhlükəli altıncı ölkəsi seçilib.
Mikayıl