Silahla "TikTok” videosu çəkən oğlan özünü güllələyib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağda boş mənzilin qarşısında babasının silahı ilə "TikTok” videosu çəkən 13 yaşlı uşaq ehtiyatsızlıqdan özünü güllələyb.
Hadisə Türkiyənin Bahçelievler məhəlləsində boş bir mənzilin qarşısında baş verib.
Babasına məxsus silahı alan N.Y dostu ilə mənzilin qarşısında "TikTok” videosu çəkmək istəyib.
Bu müddət ərzində silahın dolu olduğunun fərqinə varmayan N.Y açılan atəş nəticəsində döş qəfəsindən yaralanıb.
Ətrafdakı insanların xəbəri üzərinə hadisə yerinə gələn Təcili Xidmət qrupları uşağı dövlət xəstəxanasına köçürüb. Sinəsindən yaralanan uşağın hazırda səhhətinin yaxşı olduğu bildirilib.
Ayşən