"TikTok"a video çəkmək üçün 14 yaşlı uşağı yaraladılar

MARAQLI
16:26 03.08.2022
623
14 yaşlı yeniyetmənin "Video çəkmək" marağı onu xəstəxanalıq edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 14 yaşlı Mehmet Y. yoldaşları ilə küçədə oynayırmış. Bu arada yaşları 14-16 arasında olan 8 uşaq Mehmet Y.-dən yaşını və harada yaşadığını soruşublar. Mehmet Y. bu sualları cavabsız qoyarkən uşaqlardan biri belindən çıxardığı şüşəni qıraraq Mehmet Y.-nin qolunu kəsib.
 
Daha sonra hadisə yerindən qaçan uşaqların TikTok videosu çəkmək üçün Mehmet Y.-ni yaraladıqları bildirilib. 

Qeyd edək ki, qolundan yaralanan Mehmet Y.-in ailəsi uşaqlardan şikayətçi olublar.
 
Oksana

OXŞAR XƏBƏRLƏR