"Tiktok"çulara qarşı böyük əməliyyat: 1,2 milyardlıq dələduzluq aşkarlandı, fenomenlər həbs edildi

MARAQLI
16:11 21.06.2023
1524
"Tükiyə Daxili İşlər Nazirliyi eyni anda 37 şəhərdə "Tiktok" əməliyyatı keçirib və 120 nəfər saxlanılıb, aralarında Azərbaycandan qaçan "tiktoker"lərin də olduğu deyilir".
 
AZXEBER.COM xəbər verir ki, bu haqda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli məlumat verib.
 
O bildirib ki, cinayətkar şəbəkənin bütün üzvləri saxlanılıb: Cinayətkar şəbəkə ("Tiktok"da adları "dəstəkçi", "xeyriyyəçi" gedir) bir çox "TikTok" fenomenləri ilə sövdələşmələr edib və milyonlarla pul qazanıblar. Onlar canlı yayım açan fenomenlərə yüz minlərlə dəyərində hədiyyə göndəriblər, daha sonra isə o pulun 80 faizini "fenomen"dən geri alıblar.
Bundan sonra isə "Tiktok"a və banklara zəng edərək "Kartımdan xəbərim olmadan istifadə olunub" deyərək pullarının tam hissəsini də geri qaytarıblar və 2 qat qabağa düşüblər.
Araşdırmalarda şəbəkənin 4 mindən çox bank kartı ilə sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə köçürdüyü müəyyən edilib.
Məhkəmə qərarı ilə 42 fenomenə aid 1700 bank hesabı, bütün virtual valyuta aktivləri, 32 mənzil, 1 villa, 9 torpaq sahəsi, 6 iş yeri, 38 lüks avtomobil, 14 şirkətin ortaqlıq payı müsadirə edilib.
Həbs edilən fenomenlər arasında Onur Sermik, Kenan Kekeç, Adem Korkmaz, Tülay Bülbül, Metin Sayqın, Fatmanur Karpuz, Yalçın Akdoğan kimi məşhurlar var, ümumilikdə 120 şəxs saxlanılıb". 

OXŞAR XƏBƏRLƏR