Sosial şəbəkədə məşhurlaşan qaraçı qızlar həbs olunub.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, polisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.
Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Günel Hüseynli