“TikTok”da saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb

“TikTok”da saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb
SOSİAL
10:35 01.11.2025
74
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, o, "aksesuar auto” adlı "TikTok” səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.
 
APA 
OXŞAR XƏBƏRLƏR