"Tiktok"da təhlükəli trend: Bunu edən 4 nəfər öldü - FOTO

"Tiktok"da təhlükəli trend: Bunu edən 4 nəfər öldü - FOTO
DÜNYA
15:25 10.07.2023
770
"TikTok"da trendə çevrilən yeni hərəkət növü faciəyə səbəb olub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Boat Jumping" adlı hərəkət növü 4 nəfərin ölümünə gətirib çıxarıb. Bu hərəkət növünü edən şəxslər geriyə tullanarkən həlak olublar. 
 
Faciəvi hadisələrdən sonra bir çox istifadəçiyə bu cür tendensiyalara qarşı xəbərdarlıq edilib.

ABŞ-da baş verən bu cür hadisələrdən sonra danışan Childersburq Xilasetmə Qrupunun kapitanı Cim Dennis bu ölümlərin "asanlıqla qarşısı alına biləcəyini" söyləyib.
  
Həmçinin, son qurbanlardan birinin üç uşağı olan kişi olduğunu təsdiqləyib.
 
Kişinin öldüyü vaxt qayıqda arvadı və uşaqları olub və təəssüf ki, adı açıqlanmayan arvadı "TikTok"da kişinin ölüm anını lentə alıb.
 
Mikayıl
 

 

 


OXŞAR XƏBƏRLƏR