"TikTok”dakı rəqabət oyunu ölümlə nəticələnib.
AZXEBER.COM xəbər verir ki, qısa video platforması "TikTok” rəqabət oyun videoları ilə problem yaşayır. Son olaraq iki balaca qızın ölümündən sonra "TikTok”a qarşı iddia qaldırılıb. Şirkət "təhlükəli olduğunu bildiyi və istifadəçilərinin ölümü ilə nəticələnə biləcək təhlükəli məzmunu qəsdən hazırlamaqda" ittiham olunur.
Video paylaşma platforması "TikTok” rəqabət videosu çəkərkən həyatını itirən 9 yaşlı qızın faciəvi ölümünə görə tənqidlərə məruz qalıb.
İddia olunur ki, 8 və 9 yaşlı iki qız "blachout challenge" adlanan bir növ "boğulma" yarışmasında iştirak etdikdən sonra həyatını itirib.
Ölən iki qızın valideynləri Los Angeles Ali Məhkəməsinə apelyasiya şikayəti verib və qızlarının ölümündə TikTok-un da məsuliyyət daşıdığını bildiriblər.
Ayşən